• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Azərbaycan Mərkəzi Asiyanın mötəbər media tədbirində təmsil olunub

06.11.2025
Xəbərlər
Azərbaycan Mərkəzi Asiyanın mötəbər media tədbirində təmsil olunub
Share on FacebookShare on Twitter

Qazaxıstan paytaxtında Mərkəzi Asiyanın aparıcı media platforması olan “Astana Media Week 2025” davam edir. Astana şəhəri üç gün davam edəcək plenar və panel müzakirələri, təqdimatlar və praktiki ustad dərslərinə ev sahibliyi edir.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tədbirin ilk gününün ən yaddaqalan məqamı “Rəqəmsallaşma və süni intellekt dövründə jurnalistika üçün yeni oriyentirlər. İctimai etimad və inkişaf” adlı plenar sessiya olub. Müzakirələrdə Avropa və Asiyanın əsas media təşkilatlarının rəhbərləri iştirak ediblər.

“Jurnalistika yol ayrıcında. Süni intellektlə rəqəmsal medianın yaranması” adlı panel müzakirəsi xüsusilə diqqəti cəlb edib. “Media etikası etibarın təməli kimi. Redaktorların manifesti” mövzusunda media menecerlərinin görüşü də keçirilib. Həmçinin “Sahə jurnalistikası üzrə mütəxəssislərin hazırlanmasına mövcud yanaşmalar” mövzusunda dəyirmi masa müzakirəsi təşkil olunub.

Jurnalistikanın cəmiyyətin səfərbər edilməsində, dəyərlərin qorunmasında və sosial kapital kimi etimadı gücləndirməkdə rolu məsələləri bugünkü tədbirin əsas diqqət mərkəzində dayanırdı.

“Astana Media Week” dövlət, müstəqil, peşəkar və inkişaf etməkdə olan media qurumlarını bir araya gətirən illik media və jurnalistika tədbiridir.

Bu tədbir illər ərzində Qazaxıstanda və regionda media sektoru üçün əsas inkişaf nöqtəsinə çevrilib və peşəkar icmalar, tənzimləyici orqanlar və beynəlxalq platformalar arasında dialoqu asanlaşdırıb.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.