1000 illik “kral” oyun fiquru
Norveçdə tapılan nadir stolüstü oyun fiquru bəziləri tərəfindən vikinq kralının təsviri kimi şərh olunur. Fortunamag.az “Live Science“a istinadən xəbər verir ki, artefakt Harald Bluetooth dövrünə aid ola bilər. Əsas detallardan biri saç düzümüdür ki, fiqurun statusunu vurğulayır. Arxeoloqlar onun oyun taxtasında “kral” rolu oynadığını düşünürlər. Bu tapıntı vikinqlərin gündəlik əyləncələrinə yeni baxış təqdim edir.
Fortunamag.az
