06:30
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Beynəlxalq seminarda Azıx, Tağlar və Qaraca abidələrində aparılan tədqiqatlar təqdim edilib

AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçiləri - tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov və Əjdər Babazadə (Qarabağ Universitetinin Azıx arxeoloji araşdırma və analiz laboratori...

Beynəlxalq seminarda Azıx, Tağlar və Qaraca abidələrində aparılan tədqiqatlar təqdim edilib

AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçiləri - tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov və Əjdər Babazadə (Qarabağ Universitetinin Azıx arxeoloji araşdırma və analiz laboratoriyasının müdiri), Danimarkada keçirilən beynəlxalq seminarda iştirak ediblər.

İnstitutdan Fortunamag.az-a bildirilib ki, tədbirdə Azad Zeynalov Azərbaycan-Danimarka beynəlxalq arxeoloji heyətin Azərbaycanın erkən hominin məskənlərindən olan Azıx mağarasında (Xocavənd), Qaraca açıq tipli paleolit düşərgəsində (Mingəçevir) və Azərbaycan-Yaponiya tədqiqat qrupunun Tağlar mağarasında (Xocavənd) apardığı araşdırmaların ilkin nəticələrini təqdim edib.

Fortunamag.az

Daha çox