01:18
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
SIYASəT

Bayramov və Mirzoyan Nyu-Yorkda görüşəcək

Bayramov və Mirzoyan Nyu-Yorkda görüşəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan sentyabr ayında Nyu-Yorkda görüşəcək.

Fortunamag.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Azadlıq Radiosu”nun sualını cavablandırarkən bildirib.

“Görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq”, - Mirzoyan deyib.

Qeyd edək ki, sentyabrın 8-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayıb.

Daha çox