23:18
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İDMAN

Bakıda üzgüçülük üzrə Dünya Kuboku başladı

Bakıda üzgüçülük üzrə Dünya Kuboku başladı

Bakıda üzgüçülük üzrə Dünya Kuboku başlayıb.

Fortunamag.az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Su İdmanı Sarayında təşkil olunan turnirin ilk yarış günündə təsnifat seansı maraqlı və gərgin mübarizəyə səhnə olub.

Azərbaycan təmsilçilərindən Abdurrəhman Rüstəmov, Amin Oruclu, Anastasiya Qnusina, Fatimə Alkərəmova, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Ramal Sadıqlı, Ramil Vəlizadə, Oqtay Hüseynov, Səid Həmidov, Vlastilina Xasyanova, Yeqor Maynitski ümumilikdə 9 növdə bacarıqlarını nümayiş etdiriblər.

Fatimə Alkərəmova 100 metr məsafəyə qarışıq növdə (1.05,39) Azərbaycan rekorduna imza atıb.

Abdurrəhman Rüstəmov 100 metr məsafəyə kəpənək üsulu ilə yarışda (53.02), Vlastilina Xasyanova isə 50 metr məsafəyə arxası üstə üsulda (32.10) ən yaxşı nəticə göstərərək axşam sessiyasında mübarizəsini davam etdirəcək. Həmçinin, final sessiyasında 200 metr məsafəyə brass üsulu ilə yarışda Anastasiya Boborıkina, 200 metr məsafəyə kəpənək üsulu ilə yarışda Anastasiya Qnusina, Mehri Abdurəhmanlı və Vlastilina Xasyanova, 400 metr məsafəyə sərbəst üsulla yarışda isə Oqtay Hüseynov iştirak edəcək.

400 metr məsafəyə sərbəst üsul ilə yarışda Anastasiya Qnusina, 50 metr məsafəyə arxası üstə üsulu ilə yarışda Vlastilina Xasyanova, 400 metr məsafəyə sərbəst üsul ilə yarışda Fərhad Şirməmmədli və Amin Oruclu şəxsi rekordlarını yeniləyiblər. Yeqor Maynitski isə həm 100 metr məsafəyə qarışıq, həm də brass üsulu ilə yarışda öz nəticəsini yaxşılaşdırıb.

Yarışın axşam seansından, finallardan öncə, saat 18:30-da açılış mərasimi olacaq.

Qeyd edək ki, Dünya Kuboku 1-3 oktyabr tarixlərində 44 ölkədən 216 idmançının iştirakıyla Bakı Su İdmanı Sarayında keçirilir. Biletləri iTicket.az platformasında və şəhərin kassalarında əldə etmək mümkündür.

Mötəbər yarışda Azərbaycanı 15 üzgüçü təmsil edir. Milli komandanın heyətində Amin Oruclu, Abdurrəhman Rüstəmov, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Fatimə Alkərəmova, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Oqtay Hüseynov, Ramil Vəlizadə, Ramal Sadıqlı, Səid Həmidov, Süleyman İsmayılzadə, Vlastilina Xasyanova və Yeqor Maynitski yer alır. Baş məşqçi – Luka Qabrilo, məşqçilər – Ruslan Hətəmxanov, Rəşad Əliyev, Teymur Quliyev.

ASF-nin tərəfdaşları: Botanica Residence, RCT, Universal Hospital, Bənövşə Aptek, Haval, Volvo, Maserati.

Daha çox