03:38
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İDMAN

Bakıda Kodokan mütəxəssislərinin seminarı keçirilib

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Bakıda Kodokan mütəxəssislərinin iştirakı ilə kime-no-kata seminarı keçirilib. Fortunamag.az  Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki...

Bakıda Kodokan mütəxəssislərinin seminarı keçirilib

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Bakıda Kodokan mütəxəssislərinin iştirakı ilə kime-no-kata seminarı keçirilib. Fortunamag.az  Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, seminara dünyanın ən nüfuzlu cüdo məktəbinin tanınmış ustadları – 8-ci dan sahibləri Hirano Hiroyuki və Mikihiro Mukai rəhbərlik ediblər. Onların zəngin təcrübəsi və metodik yanaşması iştirakçılara cüdonun incə texniki xüsusiyyətlərini dərindən öyrənmək imkanı yaradıb.

Təlim-məşq cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində təşkil olunub və həm praktiki bacarıqların inkişafı, həm də cüdonun fəlsəfəsi və ənənələrinin mənimsənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

 

Fortunamag.az

Daha çox