Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı əsasında Bakı buxtasında yelkən idmanı üzrə “Prezident Kuboku" turnirinə yekun vurulub.
Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan reqatada qaliblər iki günün nəticəsinə əsasən idmançıların xal hesabına görə müəyyənləşib.
Nəticələr aşağıdakı kimi olub: Optimist sinfi (12 yaşadək) 1 - Kamilla Həsənova (ASİNF) Optimist sinfi (qızlar) 1 - Səma Mansurzadə (ASİNF) Optimist sinfi (ümumi kateqoriya) 1 - Kamal Bəşirli (ASİNF) İLCA 4 sinfi (ümumi kateqoriya) 1 - Nəzrin Məmmədova (ASİNF) Qaliblər diplom və medallarla mükafatlandırılıblar.Fortunamag.az