22:44
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İDMAN

Azərbaycan triatlonçuları Minskdə beynəlxalq yarışda uğur qazandılar

Azərbaycan triatlonçuları Minskdə beynəlxalq yarışda uğur qazandılar

Azərbaycan triatlonu növbəti beynəlxalq uğurunu əldə edib.

Fortunamag.az xəbər verir ki, gənc idmançılarımız Əli Rzazadə və Riad Abbaszadə, məşqçi Nurəli Məmmədovun rəhbərliyi ilə 25–26 iyul tarixlərində Belarusun paytaxtı Minsk şəhərində keçirilən beynəlxalq triatlon yarışında ölkəmizi uğurla təmsil ediblər.

Yarışda yüksək hazırlıq və əzmkarlıq nümayiş etdirən idmançılarımızdan Əli Rzazadə bütün rəqiblərini geridə qoyaraq I yerə layiq görülüb. Riad Abbaszadə isə uğurlu çıxışı ilə III yeri qazanaraq Azərbaycan komandasının növbəti medalını təmin edib.

Bu nəticə gənc idmançılarımızın zəhmətinin, peşəkar hazırlığının və məşqçi heyətinin səmərəli fəaliyyətinin bariz nümunəsidir. Qazanılan uğur Azərbaycan triatlonunun beynəlxalq arenada inkişaf etdiyini və gələcək üçün böyük potensiala malik olduğunu bir daha nümayiş etdirir.

Daha çox