Xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin sədrliyi ilə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yeddinci Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana işgüzar səfərə gəlmiş Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşüb.
Fortunamag.az XİN-ə istinadən xəbər verir ki, nazirlər ölkələrimizin liderləri arasında yüksəksəviyyəli siyasi dialoqun, qarşılıqlı etimadın və dostluğun münasibətlərimizin daha da inkişaf etdirilməsində əsas hərəkətverici qüvvə olduğunu vurğulayıblar.