23:01
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
MəDəNIYYəT

Azərbaycan Yaponiyada beynəlxalq dostluq festivalında təmsil olunub

Azərbaycanın Yaponiyadakı səfirliyi Tokioda keçirilən Mequro beynəlxalq dostluq festivalında ölkəmizi təmsil edib. Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, festival beynəlxalq mədəni dialoq...

Azərbaycan Yaponiyada beynəlxalq dostluq festivalında təmsil olunub
Azərbaycanın Yaponiyadakı səfirliyi Tokioda keçirilən Mequro beynəlxalq dostluq festivalında ölkəmizi təmsil edib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, festival beynəlxalq mədəni dialoqun təşviqi, müxtəlif ölkələrin mədəni irsinin təqdim olunması və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədi daşıyır.

Yaponiyadakı bir sıra ölkələrin səfirlikləri ilə yanaşı, yerli təşkilatlar və şirkətlərin də iştirak etdiyi festivalda Azərbaycan stendi böyük marağa səbəb olub. Stenddə xalqımızın zəngin və çoxşaxəli mədəni irsini əks etdirən milli geyimlər, əl işləri, eləcə də dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilib. Qonaqlar sərgilənən eksponatlar vasitəsilə Azərbaycanın tarixi, qədim sənətkarlıq ənənələri, milli estetikası və mədəni dəyərləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Fortunamag.az

Daha çox