21:51
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İDMAN

Azərbaycan Premyer Liqası dünyanın ən yaxşı 41-ci milli çempionatı hesab olunub

Misli Premyer Liqası dünyanın ən yaxşı 41-ci milli çempionatı hesab olunub. Fortunamag.az “Report.az”a istinadən xəbər verir ki, 50 çempionatdan ibarət siyahını Beynəlxalq Futbol Tarixi və Statistika...

Azərbaycan Premyer Liqası dünyanın ən yaxşı 41-ci milli çempionatı hesab olunub
Misli Premyer Liqası dünyanın ən yaxşı 41-ci milli çempionatı hesab olunub.

Fortunamag.az “Report.az”a istinadən xəbər verir ki, 50 çempionatdan ibarət siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) açıqlayıb.

IFFHS 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan müddəti əsas götürüb. Misli Premyer Liqası 1991,5 xalla 41-ci sıradadır. İngiltərə Premyer Liqası (8087) birinci, Braziliya (7735,5) və İtaliya (7510) A Seriyaları 2-3-cü yerlərdə qərarlaşıblar. Türkiyə Superliqası (4029,25) 12-ci pillədədir.

Fortunamag.az

Daha çox