Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında fərdi mübarizələr başa çatıb. Fortunamag.az Azərbaycan Cüdo Federasiyasıa istinadən xəbər verir ki, Azərbaycan milli komandası qitə birinciliyini 3 medalla tamamlayıb.
İlk yarış günündə Nihad Məmişov (-60 kq) və Məhəmməd Musayev (-66 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Nizami İmranov (-66 kq) isə turniri bürünc medalla tamamlayıb.
Qeyd edək ki, Fərid Qarayev (-60 kq) yarışı 5-ci, Əbil Yusubov 7-ci pillədə başa vurub.
Aktivində 2 qızıl və 1 bürünc medal olan Azərbaycan yığması 43 ölkənin mübarizəsində oğlanlar arasında birinci yeri tutub.
Fortunamag.az