00:23
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Azərbaycan ilə Çexiya arasında əməkdaşlıq imkanları müzakirə olunub

Cari il sentyabrın 11-12-də Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Çexiyaya səfər edərək Praqada ATƏT-in Finlandiya Sədrliyi tərəfindən təşkil olunmuş “Dəyişən iqlim şəraitində day...

Azərbaycan ilə Çexiya arasında əməkdaşlıq imkanları müzakirə olunub

Cari il sentyabrın 11-12-də Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Çexiyaya səfər edərək Praqada ATƏT-in Finlandiya Sədrliyi tərəfindən təşkil olunmuş “Dəyişən iqlim şəraitində dayanıqlı gələcəyin qurulması” forumunda iştirak edib və ikitərəfli görüşlər keçirib. Forumda Y.Rəfiyev COP29-un nəticələri və qəbul olunmuş qərarların iqlim dəyişikliyi ilə mübarizəyə töhfəsini təqdim edib, ATƏT-in regional təhlükəsizlik təşkilatı olaraq bu sahədə rolunu müzakirə edib.

Səfər çərçivəsində o, Çexiyanın xarici işlər nazirinin müavini Yan Marian və ATƏT-in Daimi Şurasının sədri, Finlandiyanın ATƏT yanındakı Daimi Nümayəndəsi Vesa Hakkinen ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan-Çexiya əməkdaşlığı, COP30-a hazırlıq, ATƏT çərçivəsində Azərbaycanın fəaliyyət istiqamətləri və iqlim dəyişikliyi, şəhərsalma və yaxşı idarəçilik mövzularında fikir mübadiləsi aparılıb.

 

Fortunamag.az

Daha çox