Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar keçirilir.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Gəncə İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Elşad Abbasov (51 kiloqram) finalda belaruslu Tsimafey Semianenka ilə qarşılaşıb.
Rəqibinə 6:0 hesabı ilə qalib gələn idmançımız qızıl medal qazanıb. Daha əvvəl Yusif Mirzəyev gümüş mükafata sahib çıxıb. Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.Fortunamag.az