23:51
Baku +18° USD 1.70 EUR 1.96 RUB 0.018
POLITICS

Azərbaycan-Çin strateji əməkdaşlığı müzakirə edildi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Vu Honqbo və bu ölkə...

Azərbaycan-Çin strateji əməkdaşlığı müzakirə edildi
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Vu Honqbo və bu ölkənin Azərbaycandakı səfiri Lu Mey ilə görüşüb.

Fortunamag.az “Oxu.az”a istinadən xəbər verir ki, bu barədə H.Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.

"Məhsuldar görüş keçirdik. Azərbaycan-Çin hərtərəfli strateji əməkdaşlığı barədə fikir mübadiləsi apardıq və əsas regional məsələləri müzakirə etdik. İkitərəfli münasibətlərimizin dərinliyini əks etdirən dəyərli bir dialoq oldu", - deyə H.Hacıyev bildirib.

Read More