Aqrar sahəyə dövlət dəstəyi qanunla tənzimlənəcək.
Fortunamag.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni - “Aqrar sahə haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, aqrar sahəyə dövlət dəstəyi aşağıdakı vasitələrlə həyata keçirilir:
- aqrar subsidiyanın verilməsi;
- bu Qanunun 7.3-cü maddəsinə uyğun olaraq, kənd təsərrüfatı istehsal vasitələrinin satışı və maliyyə icarəsi zamanı güzəşt tətbiq edilməsi, habelə güzəştli kreditlərin və maliyyə icarəsi üçün vəsaitin ayrılması, o cümlədən verilmiş kreditlərin faizlərinin maliyyələşdirilməsi;
- qrant verilməsi;
- dövlət investisiya qoyuluşu;
- vergi və gömrük güzəştlərinin tətbiqi;
- aqrar sığorta fəaliyyəti;
- satış yerlərinin təşkili;
- informasiya-məsləhət xidmətlərinin göstərilməsi;
- strateji əhəmiyyətli aqrar məhsulun istehsalı zamanı dövlət zəmanətinin tətbiqi;
- dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqi;
- elmi tədqiqat, laboratoriya, təcrübə, bitki və heyvan xəstəlikləri üzrə müalicə-profilaktika, zərərsizləşdirilmə və sınaq fəaliyyətinə,
- habelə aqrar təhsil, təlim və peşə hazırlığına dəstək göstərilməsi;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi hallarda və qaydada xüsusi təhlükəli heyvan xəstəlikləri nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş zərərin ödənilməsi.