Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədrinə yeni müavin təyin edilib.
Fortunamag.az “Nuhçıxan”a istinadən xəbər verir ki, muxtar respublikanın Nazirlər Kabinetinin Sərəncamına əsasən, bu vəzifəyə Məmmədnağı Asiman oğlu Əkbərovgətirilib.
Qeyd edək ki, M.Əkbərov bundan əvvəl Naxçıvanın Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin rəisi vəzifəsində çalışıb.