2026-2027-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək.
Fortunamag.az xəbər verir ki, bununla bağlı Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2026-2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək.